Gənclər evləri üçün marketinq və PR təlimləri

Gənclər evlərinin və Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin nümayəndələri üçün marketinq və ictimaiyyətlə əlaqələr üzrə təlimlər keçirdik. Təlimlər Avropa İttifaqının maliyyələşdirdiyi, Azərbaycan Hökuməti və BMT-nin birgə təşəbbüsü olan “Gənclər üçün xidmətlər” proqramı çərçivəsində Gənclər və İdman Nazirliyi, UNFPA və UNICEF ilə birlikdə təşkil olundu.

Bu proqramda “Dan” icraçı tərəfdaş idi. Təlim sessiyaları 2019-cu ilin noyabrında və 2020-ci ilin fevralında Bakıda, 2021-ci ilin yanvar-fevral aylarında isə onlayn keçirildi.

Fotolar

1 / 4

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın