Əməkdaşlıq necə ola bilər
Birgə layihə
Gənclər üçün təlim, düşərgə, festival və ya konfransı birlikdə hazırlayıb həyata keçirək.
Layihəyə dəstək
Mövcud və ya yeni layihələrimizi maliyyə və ya sponsorluqla dəstəkləyin.
Bilik və məkan
Təlimçi, mütəxəssis və ya tədbir üçün məkan təqdim edin.
Korporativ könüllülük
Əməkdaşlarınız gənclərlə birgə könüllü fəaliyyətdə iştirak etsin.
Niyə “Dan”
Təcrübə
2002-ci ildən uşaqlar və gənclər üçün çalışırıq.
Etibarlı tərəfdaş
Dövlət proqramları, UNICEF və Avropa İttifaqının dəstəklədiyi layihələrdə iştirak etmişik.
Tanınma
Gənclər Təşkilatları Milli Şurası tərəfindən “İlin fəal gənclər təşkilatı” seçilmişik (2021, 2022).
Gənclərlə birbaşa əlaqə
Təlimlərimizdə hər dəfə 30-40 gənc iştirak edir.
Kimlərlə işləyirik
Dövlət qurumları
Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Təhsil Nazirliyi və digərləri.
Beynəlxalq təşkilatlar
UNICEF, Avropa İttifaqı, Avropa Şurası.
Şirkətlər
SOCAR, banklar, telekommunikasiya və digər şirkətlər.
Gənclər təşkilatları
Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) üzvü olaraq digər təşkilatlarla birgə layihələr.
Bizə yazın
Əməkdaşlıq təklifiniz varsa, qısa məlumatla bizə yazın: kim olduğunuzu və hansı formada əməkdaşlıq etmək istədiyinizi qeyd edin. Təklifinizə mütləq cavab verəcəyik.
Bizə yazın[email protected]