“Hüquqi dövlətin inkişafında hüquq mədəniyyətinin rolu mövzusunda tədbirlərin təşkili” layihəsi çərçivəsində 25 noyabr 2016-cı ildə Gəncədə, 18 dekabr 2016-cı ildə isə Bakıda “Hüquq mədəniyyəti” təlimləri keçirdik.
Layihənin məqsədi vətəndaşlara qayda-qanunlara əməl etmək vərdişini aşılamaq, insanları qanunazidd əməllərdən uzaq tutmaq və hüquqlarını bilən və onlara əməl edən vətəndaşlar yetişdirmək idi.
Gəncədəki təlimi hüquq üzrə fəlsəfə doktoru, hüquqşünas Xaqani Məmmədov keçirdi. Təlimin mövzuları mədəniyyət, sivilizasiya və dövlət anlayışı, hüquqi dövlətin idarə olunmasında hüquqi və etik mədəniyyətin rolu və liderlik mədəniyyəti idi. Təlimdə 55 fəal gənc iştirak etdi və onlara şəhadətnamə verildi.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirildi.
Bu məzmun YouTube saytından yüklənir. Baxmaq üçün xarici media kukilərinə icazə verin: YouTube sizin məlumatlarınızı (məsələn, IP ünvanınızı) alacaq.
Bu məzmun YouTube saytından yüklənir. Baxmaq üçün xarici media kukilərinə icazə verin: YouTube sizin məlumatlarınızı (məsələn, IP ünvanınızı) alacaq.


