“Dan ulduzu” III beynəlxalq bədii yaradıcılıq festivalı

“Nur” gənclər ictimai birliyi ilə birlikdə “Dan ulduzu” festivalını üçüncü dəfə təşkil etdik. Festivalda uşaq evlərində və internat məktəblərində tərbiyə alan 5-18 yaşlı uşaqlar iştirak edirdi; müraciətlər 1 aprel 2006-cı il tarixinədək qəbul olunurdu.

Festivalı dörd nazirlik və Bakı şəhəri dəstəklədi. Sponsorlar arasında Azərbaycan Beynəlxalq Bankı, AzeriGazBank, UniBank, Lider TV və AzEuroTel var idi.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın