Uşaq evlərində və internat məktəblərində tərbiyə alan uşaqlar, o cümlədən əlilliyi olan uşaqlar üçün “Dan ulduzu” beynəlxalq bədii yaradıcılıq festivalını 2004-2008-ci illərdə beş dəfə keçirdik. Bu, “Dan”ın ilk böyük layihəsi idi.
Festivalı Təhsil, Gənclər və İdman, Mədəniyyət nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Beynəlxalq Bankı və 20-yə yaxın şirkət dəstəklədi.


