
17-20 oktyabr tarixlərində Biləsuvar rayonunda gənclər arasında könüllülüyü təşviq etmək və sahibkarlıq bacarıqlarını inkişaf etdirmək məqsədilə yay məktəbi keçirdik. 35 gənc sahibkarlıq, biznesdə könüllülük, rəqəmsal marketinq və layihə idarəetməsi üzrə təlimlərdə iştirak etdi. Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirildi.


