Bütün layihələrKeçmiş layihə
Layihə · 2015

Bakı 2015: könüllülərin hazırlanması

Birinci Avropa Oyunları ərəfəsində gənc könüllülərin hazırlanması.

Layihə haqqında

Bakı 2015 Birinci Avropa Oyunları ərəfəsində gəncləri könüllülüyə hazırladıq. Layihə çərçivəsində könüllülük, qeydiyyat qaydaları və əlilliyi olan tamaşaçılarla davranış qaydaları barədə video hazırlandı, gənclərin öz könüllülük təcrübələrini bölüşdüyü sayt açıldı. Bundan əvvəl, 2013-cü ildə gənclər üçün beynəlxalq, 2014-cü ildə isə yeniyetmə və gənclər üçün könüllülük yay düşərgələri keçirdik.

Birlikdə daha çox gəncə çataq

Gənclər üçün layihə, təlim və ya tədbir planlaşdırırsınızsa, bizə yazın. 2002-ci ildən dövlət qurumları, beynəlxalq təşkilatlar və şirkətlərlə birgə işləyirik.

Bizə yazın[email protected]